AFGEN mərkəzindən Süd vəzi xərçəngi mövzusunda ödənişsiz konfrans

  • 2023.10.05 16:55
  • 2466 Baxış
AFGEN mərkəzindən  Süd vəzi xərçəngi mövzusunda ödənişsiz konfrans


AFGEN Genetik Diaqnoz Mərkəsi 7 oktyabr 2023-cü il tarixində Bioloji Təbabət Klinikasında "Süd vəzi xərçəngi-yeni yanaşmalar və diaqnostika” adlı konfrans keçirəcək.

"Medicina" xəbər verir ki, bu möhtəşəm elmi-praktik tədbirdə Süd vəzisi xəstəlikləri, o cümlədən süd vəzi xərçənginin erkən aşkar olunması, genetikası, diaqnostikası və müalicəsi sahəsində çalışan mütəxəssislər konfrans boyu son dövrlərdə tibbə məlum olan diaqnostik və müalicə üsulları barədə çıxış edəcəklər.


Konfrans iştirakçıları süd vəzisi xəstəlikləri, süd vəzisi xərçəngi və qadın/ reproduktiv sağlamlıq sahələrinə aid müxtəlif mövzulara dair suallarını spikerlərə ünvanlaya bilərlər.

Qeyd:Konfrans ödənişsizdir və iştirakçılar sertifikatla təmin olunur.