Ağır depressiyalı xəstəni 10 günə sağaldan metod var – Tanınmış psixiatr

  • 2026.03.05 11:29
  • 217 Baxış
Ağır depressiyalı xəstəni 10 günə sağaldan metod var   – Tanınmış psixiatr


İstənilən ağır depressiyalı xəstə mənim yanımda 10–15 gün ərzində depressiyadan çıxır.

Medicina.az xəbər verir ki, bu sözləri Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, 200-dən artıq elmi nəşrin müəllifi, əməkdar həkim Nadir İsmayılov BTV-ə açıqlamasında deyib.

“Depressiyalı xəstələri biz bu gün 98% halda sağalda bilirik. İstənilən ağır depressiyalı xəstə mənim yanımda 10–15 gün ərzində depressiyadan çıxır.

Bu mənim üsulumdur. Onun patentini almışam, ixtira kimi qəbul olunub. Burada dərman da var, məsləhət də, psixoloji təsir də. Əsas dərmanlardır, amma təsir kompleksdir”.


Həkim bildirib ki, xəstələri ağırlığına görə. 3 dərəcəyə bölmək olar: yüngül, orta, ağır. Ağır xəstələrin çoxu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilir (Maştağadakı xəstəxana). Orta dərəcəlilər üçün 2 nömrəli xəstəxana var.

Lap yüngül xəstələr üçün Sabunçu xəstəxanasının tərkibində psixosomatika şöbəsi, psixi sağlamlıq mərkəzi var — ambulator müraciətlər qəbul olunur, lazım olsa stasionara yönləndirilir.

Aygün M
Medicina.az