Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aktyor bağırsaq xərçəngini necə hiss etdiyindən - danışdı

  • 2025.08.09 20:40
  • 91 Baxış
Aktyor bağırsaq xərçəngini necə hiss etdiyindən   -  danışdı



Amerikalı aktyor, 2000-ci illərin əvvəllərində "Dawson's Creek" serialının ulduzu Ceyms Van Der Beekə bağırsaq xərçəngi diaqnozu qoyulub.

O, kolon xərçənginə işarə edən simptomu açıqlayıb.


"Medicina" xəbər verir ki, 48 yaşlı Van Der Beekin sözlərinə görə, sağlam həyat tərzi keçirib: saunaya gedib, soyuq suya dalıb, ağır atletika, Pilates, rəqs və futbolla məşğul olub. Aktyor əlavə edib ki, o, güc məşqlərini kardio ilə birləşdirib və formada qalmaq üçün daha çox orqanik qidalar qəbul edib.

Ancaq 46 yaşında o, nəcisin təbiətindəki dəyişiklikləri hiss etməyə başlayıb. Sənətçi bunun qəhvədən olduğunu güman edib, qəhvə içməyi dayandırsa da, problem aradan qalxmayıb.

Van Der Beek deyir ki, simptomlar qorxulu deyildi, lakin bir müddət sonra kolonoskopiya keçib. 2023-cü ildə müayinədən sonra ona üçüncü mərhələdə kolon xərçəngi diaqnozu qoyuldu.

O, xəstəliyə baxmayaraq, aktiv fəaliyyətini davam etdirir.

Aygün Musayeva