Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlərdən ürək çatışmazlığının yeni səbəbi– Bağırsaqlardan gələn təhlükə

  • 2025.07.09 12:00
  • 414 Baxış
Alimlərdən ürək çatışmazlığının yeni səbəbi – Bağırsaqlardan gələn təhlükə


Amerikalı alimlər bağırsaq mikroflorası ilə ürək çatışmazlığı arasında birbaşa əlaqə müəyyən ediblər. Məlum olub ki, bağırsaq bakteriyalarının fəaliyyətinin məhsulu olan bir maddə ürək çatışmazlığının inkişaf riskini artırır.


“Medicina”nın məlumatına görə, Klivlend Klinikasının alimləri sübut ediblər ki, qanda TMAO (trimetilamin-N-oksid) adlı maddənin səviyyəsi yüksəldikdə, ürək çatışmazlığına tutulma riski artır.

Bu maddə bağırsaq bakteriyalarının həzm prosesi zamanı yaratdığı bir əlavə məhsuldur. Əvvəllər TMAO-nun səviyyəsi daha çox infarkt, insult və ölüm riski ilə əlaqələndirilirdi. İndi isə elm tarixində ilk dəfə olaraq bu maddə ilə ürək çatışmazlığı arasında da əlaqə təsdiqlənib.

Ürək çatışmazlığı — ürəyin döyünməyə davam etdiyi, lakin zəifləmiş əzələ funksiyası səbəbilə bədənin ehtiyac duyduğu miqdarda oksigenlə zəngin qanı orqanlara çatdıra bilmədiyi ciddi bir vəziyyətdir. Mütəxəssislərin bildirdiyinə görə, ürək çatışmazlığı diaqnozu qoyulan insanların təxminən yarısı 5 il ərzində həyatını itirir.

Tədqiqat çərçivəsində alimlər 5 il boyunca 720 nəfər ürək çatışmazlığı olan xəstəni müşahidə ediblər. Müşahidələr zamanı məlum olub ki, TMAO-nun yüksək səviyyəsi, digər ənənəvi risk amillərindən asılı olmayaraq, ölüm riskini artırır. Digər tərəfdən, erkən mərhələdə ürək çatışmazlığını göstərən natriuretik peptidlərin yüksək səviyyədə olması, əgər TMAO səviyyəsi aşağıdırsa, ölüm riskini azaldır.


Aygün Musayeva
Medicina.az