Almaniyada rekord yoluxma

  • 2021.11.18 16:31
  • 1466 Baxış
Almaniyada rekord yoluxma

Almaniyada son sutkada koronavirusa 52 826 nəfər yoluxub.

Bu, bütün pandemiya dövründə maksimum göstəricidir.

Bundan əvvəlki antirekord noyabrın 11-də qeydə alınıb- bir gündə 50 196 nəfər.

Epidemiya başlayandan Almaniyada koronavirusa 5 129 950 yoluxma qeydə alınıb.

Son 24 saat ərzində 294 xəstənin ölməsi ilə həyatını itirənlərin sayı 98 274 nəfərə çatıb.