AQTİ-nin əməkdaşı 28 yaşında vəfat etdi

  • 2023.08.18 13:26
  • 4134 Baxış
AQTİ-nin əməkdaşı  28 yaşında vəfat etdi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı Nuranə Hamlet qızı Mollayeva uzun sürən xəstəlikdən vəfat edib.


Medicina.az xəbər verir ki, bu barədə AQTİ-dən bildirilib.

Qeyd edək ki, N.Mollayeva 1995-ci il martın 3-də anadan olub. O, Bakı Dövlət Universitetini bitirərək bioloq ixtisasına yiyələnib. Türkiyənin Anadolu Universitetində biotexnologiya ixtisası üzrə magistr təhsili alıb. 2019-cu ildən AQTİ-də “Analitik Ekspertiza Mərkəzi” departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışmağa başlayıb.


N.Mollayeva vəzifə təlimatlarında nəzərdə tutulan tapşırıqları vaxtında və peşəkarlıqla yerinə yetirib, nümunəvi davranışları ilə seçilib, kollektivin rəğbətini qazanıb.


Allah rəhmət eləsin!