Siz şokoladın “alüdəçisi” olduğunuzu deyəndə, tamamilə haqlısınız – hətta elmi baxımdan bu, realdır.
“Medicina” xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatçıları 518 nəfərlə müsahibə aparıb və onlardan 35 fərqli qidanı  Qida Asılılığı Şkalasına (YFAS) görə, 1-dən 7-yə qədər qiymət vermələrini istəyiblər.
Bu məlumatlara əsaslanaraq, asılılıq yaradan qidaların siyahısı tərtib edilib. 
“Təhlükəli asılılıq yaradanlar” siyahısına 35 qida növündən 18-i daxil edilib.
•	Pissa
•	Şokolad
•	Çipsi
•	Peçenye
•	Dondurma
•	Kartof fri
•	Çizburqer
•	Limonad
•	Tort
•	Pendir
•	Bekon
•	Qızarmış toyuq
•	Sadə bulka
•	Popkorn
•	Quru səhər yeməkləri
•	Marmelad
•	Steyk
•	Kekslər
Günay Quluzadə