Aspirin şiş və metastazların qarşısını alır?

  • 2023.12.07 16:36
  • 1850 Baxış
Aspirin şiş və metastazların qarşısını alır?

Qan durulaşdırıcı aspirin xərçəng üzrə elmi araşdırmaların diqqətini cəlb edib.

"Medicina" xəbər verir ki, Uels universiteti alimləri 1 milyona yaxın xərçəng xəstəsini əhatə edən yüzdən çox araşdırmanın nəticələrini təhlil ediblər.

Sübut olunub ki, müntəzəm olaraq, hər gün aşağı dozada aspirin qəbulu xərçəng və digər səbəblərdən ölüm hallarının təxminən 20% azalması ilə əlaqələndirilir.

Sadə aspirin xərçəng müalicəsi zamanı damar fəsadlarının riskini azalda bilər, şiş metastazlarının yayılmasının qarşısını alır.

1968-ci ildə aspirinin onkologiyanın müalicəsində faydalı ola biləcəyi ilk dəfə müəyyən edilib.

Aygün