Autizmi gözlərə baxıb müəyyən edəcəklər

  • 2023.10.03 17:56
  • 3653 Baxış
Autizmi gözlərə baxıb müəyyən edəcəklər
Son zamanlar uşaqlarda çətin diaqnoz olunan autizmin müayinəsində inqilabi kəşf olunuv.

Əl-göz xüsusi testləri hər iki cinsdən olan uşaqlarda autizmi aşkar edə bilir.


"Medicina" xəbər verir ki, Kanada alimləri 9-10 yaş arası 400 uşaq üzərində tədqiqat aparıb.


Testlərin birində uşaqlar kompüter ekranında hərəkət edən bir sıra nöqtələrə baxıb onun hərəkətini müşahidə ediblər. Başqa bir testdə ekranda göstərilən fiqurları adlandırmalı idilər.

Nəticələr göstərib ki, autizmi olan oğlanlar hər iki test növündə aşağı nəticə göstəriblər. Qızlar isə cisimləri yaxşı tanısalar da, əl-göz testlərində zəif çıxış ediblər.


Tədqiqatçılar bildiriblər ki, məhz belə halların qarşısını almaq üçün bu cür testlərdən istifadə vacibdir.

Aygün Musayeva