4 aylıq körpə ağır infeksiyadan xilas edildi

  • 2024.05.27 15:03
  • 672 Baxış
4 aylıq körpə ağır infeksiyadan xilas edildi


Göygöl Rayon Mərkəzi Xəstəxanasında ağır vəziyyətdə gətirilən körpənin həyatı xilas edilib.


"Medicina" xəbər verir ki, 14.05.2024-cü il tarixində dəqiqləşdirilməmiş yuxarı tənəffəs yollarının infeksiyası diaqnozu ilə 4 aylıq körpə Göygöl RMX-ya yerləşdirilib, ilkin tibbi yardım göstərilib.

Daha ixtisaslı müayinə üçün körpənin göndərişlə Respublika Pediatriya Mərkəzinə təxliyə olunub.

Mərkəzdə müalicəsi aparılan azyaşlı sağlamlığına qovuşub və ambulator müalicə üçün evə buraxılıb.

Körpənin anası Günay Quliyeva Göygöl Xəstəxanasının övladının müalicəsində iştirak edən bütün həkimlərə təşəkkürünü bildirib.

MEDİCİNA.AZ