Ağcaqanadlardan qorunmaq üçün bu rənglərdə geyinmək lazımdır – İlginc araşdırma

  • 2024.05.23 16:52
  • 475 Baxış
Ağcaqanadlardan qorunmaq üçün bu rənglərdə geyinmək lazımdır –  İlginc araşdırma
Alimlər bu yay ağcaqanad mövsümünün çox pis keçəcəyi və həşərat səbəbli yoluxucu xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Medicina.az xəbər verir ki, ancaq özümüzü qorumağın yolları düşündüyümüzdən daha asan ola bilər.

Yeni bir araşdırmaya görə, ağcaqanadların da sevimli rəngləri var. Ağcaqanadlar müəyyən rənglərdən qaçır, bəzi rənglər isə onlara daha cəlbedici görünür.

Ağcaqanadları uzaqlaşdırmaq üçün müxtəlif spreylər, kremlər və digər vasitələr olsa da, onların heç biri tam qorunma təmin etmir.

Vaşinqton Universitetinin tədqiqatçıları deyirlər ki, paltarın rəngi də ağacaqanadlardan qorunmaqda mühüm rol oynaya bilər.
Araşdırmalara görə, ağcaqanadlar qırmızı, narıncı və qaranı daha cəlbedici görür; yaşıl, bənövşəyi, mavi və ağ kimi rənglərə əhəmiyyət vermirlər.

Vaşinqton Universitetinin biologiya professoru Ceffri Riffell məsələ ilə bağlı bunları deyib:

“Bu araşdırmada qırmızı rəngin də əhəmiyyətli bir cəlbedici amil olduğunu gördük. Bu rəng təkcə paltarda deyil, dərimizdə də var. Dəri tonumuzdan asılı olmayaraq, hamımız güclü qırmızı siqnal yayırıq. Buna görə də qırmızı kimi cazibədar rənglərdə olmayan paltar geyinmək ağcaqanad sancmasının qarşısını almağın yollarından biri ola bilər”.


Aysel