Alimlər orqanizmdə əlavə qaraciyər tapdılar

  • 2024.05.06 16:25
  • 584 Baxış
Alimlər orqanizmdə əlavə qaraciyər  tapdılar
Alimlər yeni elmi araşdırma nəticəsində bağırsaqda olan mikrobların bəzilərinin qaraciyər funksiyası göstərdiyini sübut ediblər.


“Medicina” xəbər verir ki, beynəlxalq tədqiqat qrupu 100 müxtəlif mikrobları analiz ediblər. Onların içində metobolizm üçün ən effektivlilərini müəyyən ediblər.


Bu mikroblar amin turşularının metobolizmini ciddi şəkildə dəyişə bilir.
Ekspertlər müəyyən edib ki, bir belə bakteriyada 20 müxtəlif genlər var, onlar bu və ya digər fermentativ funksiyanı kodlaşdırır.


Eləcə də eksperiment göstərib ki, bağırsaq mikrobları qanda hemostazı dəyişir və serotonin neyromediatorlarının ifrazına təsir edir.


Alimlərin sözlərinə görə, bu funksiyaların çoxunu qaraciyər icra edir. Lakin indi bağırsaq mikrobiomunun da eyni fəaliyyət göstərdiyi məlum olub.


İndi alimlər qaraciyərə dəstək məqsədilə bu bakteriya kombinasiyalarından istifadənin strategiyalarını hazırlayırlar.

Aygün Musayeva