Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aralıq dənizi pəhrizi bu xəstəlikdən sağalanların ömrünü uzadır

  • 2024.07.08 10:10
  • 567 Baxış
Aralıq dənizi pəhrizi bu xəstəlikdən sağalanların ömrünü uzadır
Yeni araşdırma Aralıq dənizi pəhrizinin daha bir faydasını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, 13 il davam edən araşdırma balıq, zeytun yağı və tərəvəzlərin üstünlük təşkil etdiyi pəhrizin xərçəng xəstələrinin daha uzun yaşamasına kömək edə biləcəyini göstərib.

İtalyan alimləri 2000-ci illərin sonundan başlayaraq müalicə olunan və sağlamlığına qovuşmuş 800 xərçəng xəstəsini müşahidə ediblər.İştirakçıların yemək vərdişləri təhlil edilib. Bu pəhrizə başlayanlarda erkən ölüm riskinin 32% daha az olduğu müəyyən edilib. Bundan əlavə, ürəklə əlaqəli ölüm riskində 60% azalma müşahidə edilib.

Tədqiqatçı Çiara Tonelli Aralıq dənizi pəhrizində üstünlük verilən qidaların yüksək antioksidant mənbələri olmasının bunda rol oynadığını bildirib.

Komanda, həmçinin ürək xəstəliyi ilə xərçəng arasında əlaqə tapıb.

Tədqiqatçı Maria Benedetta “Donati US News & World Report”a bildirib ki, şişlər və ürək xəstəlikləri əslində eyni molekulyar mexanizmləri paylaşır.

Komanda Aralıq dənizi pəhrizi ilə bağlı araşdırmalarını dərinləşdirmək istəyir.


Aysel