Arif Quliyevin həyat yoldaşı komaya düşdü

  • 2024.05.24 14:31
  • 950 Baxış
Arif Quliyevin həyat yoldaşı  komaya düşdü
Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.

Medicina.az xəbər verir ki, onun oğlu Rövşən Quliyev Teleqraf.com-a açıqlamasında anasının komaya düşdüyünü vurğulayıb:

“Anam 1 saylı Şəhər Klinik Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsindədir. Bu gün səhərə yaxın səhhəti ağırlaşdı və komaya düşdü".


Qeyd edək ki, Gülzar Quliyeva sirroz xəstəliyi ilə yanaşı insultdan da əziyyət çəkir.