Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda doğum edən qazaxıstanlı qadın bu klinikanı seçdi

  • 2024.11.05 16:37
  • 1600 Baxış
Bakıda doğum edən qazaxıstanlı qadın    bu klinikanı seçdi

Qazaxıstanlı qadın hamiləlik təqibi və doğuş üçün Bakını seçib.

“Medicina” xəbər verir ki, o, çoxsaylı özəl klinikalar içərisində Respublika Diaqnostika Mərkəzinin mama-ginekologiya şöbəsini seçib.

Belə ki, klinikadakı şərait, xidmət, yüksək standartlara uyğun palatalar qazaxıstanlı pasiyenti heyrətləndirib.

Onun 9 aylıq hamiləlik təqibi və doğuş prosesi Dr. Aynur Babayeva tərəfindən uğurla həyata keçirildi.


Ana olan qadın bütün prosesi, klinikada keçirdiyi günləri instagram və TikTok səhifəsində də paylaşıb. O, məhz Bakıda doğuş qərarının düzgün olduğunu və bundan peşman olmadığını,özünü Avropadakı kimi hiss etdiyini bildirib.


Respublika Diaqnostika Mərkəzinin yüksək texnoloji tibbi avadanlıqlarla təchiz olunmuş mama-ginekologiya şöbəsində hamiləlik və qadın xəstəliklərinin müayinə və müalicəsi müasir standartlara uyğun həyata keçirilir.

Burada ana və körpənin sağlamlığı üçün hər bir şərait var.

MEDİCİNA.AZ