Böyrəklərdə problem olduğunu göstərən qəribə əlamətlər

  • 2024.05.21 17:05
  • 943 Baxış
Böyrəklərdə problem olduğunu göstərən    qəribə əlamətlər
Böyrəklərdə bir çox xəstəliklər bir müddət gizli gedir.

“Medicina” xəbər verir ki, nefroloq Cefri Şellinq böyrəkləri yoxlamağın ən yaxşı yolunu deyib:


“Böyrəklərin sağlam olub olmamasını öyrənməyin ən rahat yolu qan və sidik analizidir.

Böyrəklərin funksiyası 20% azalan kimi çoxlu simptomlar yarana bilər, bu zaman toksinlər sidiyə və qana yığılır.

Bu 2 simptomu görməzdən gəlmək olmaz: təngnəfəslik, üzdə qaralma və ovucların ödemi. Bu o deməkdir ki, böyrəklər yaxşı işləmir, bədəndə maye toplanır.

Böyrəklər üçün ən böyük risk şəkər və diabetdir.

Bu orqanların sağlamlığını qorumaq üçün duzu azaltmaq, düzgün qidalanma və vaxtında müayinə olunmaqdır”.


Aygün Musayeva