Daha bir uşaq xəstəxanada vəfat etdi

  • 2024.05.29 16:12
  • 590 Baxış
Daha bir uşaq xəstəxanada vəfat etdi

Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb.

"Medicina" xəbər verir ki, Təzəkənd qəsəbə sakini Teymur Zeynalovun yüksək hərarəti olub, daha sonra vəziyyəti ağırlaşıb.

Ailə üzvləri T.Zeynalovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, uşağın həyatını xilas edə bilməyiblər.

Uşağın körpəlikdən qıcolması (epilepsiya) olub. Bundan başqa, onda gizli şəkər xəstəliyi də aşkarlanıb.