Dünyada təxminən 350 milyon astma xəstəsi var

  • 2024.05.15 11:26
  • 445 Baxış
Dünyada təxminən 350 milyon astma xəstəsi var
Dünyada 350 milyon astma xəstəsi var.

Medicina.az xəbər verir ki, mütəxəssislər astmanın təsiredici amillərdən uzaq durmaq, dərmanlardan müntəzəm istifadə etmək və idmanla məşğul olmaq kimi sadə tədbirlərlə nəzarət altına alına biləcəyini vurğulayıblar.

Türkiyənin Bilkent Şəhər Xəstəxanası Uşaq İmmunologiya və Allergiya Klinikasının professoru Emine Dibek Mısırlıoğlu bildirib ki, astma dünyada təxminən 350 milyon insana təsir edir:

“Onu qeyd etmək lazımdır ki, astma uşaqlarda ən çox görülən uzunmüddətli xroniki xəstəlikdir. Qapalı mühitin çirkləndiriciləri, hava çirkliliyi və siqaret tüstüsü astmanın inkişafına təkan verən amillərdir. Astma hər yaşda müşahidə oluna bilər. Siqaret bu xəstəliyə səbəb olan ən təsirli faktorlar arasındadır. Astmanın müalicəsində təsiredici amillərdən uzaq durmaq əhəmiyyətlidir. Xəstələrin dərmanlarını nizamlı istifadə etmələri, idmanla məşğul olmaları və piylənmədən uzaq durmaları vacibdir”.