Əyri öd kisəsi olanlar – Necə qidalanmalıdır?

  • 2024.05.16 18:19
  • 728 Baxış
Əyri öd kisəsi olanlar  – Necə qidalanmalıdır?
Əyilmiş öd kisəsi bir çox insanlarda USM zamanı təsadüfən görülür və öd kisəsi quyruğunun əyilməsinin dəqiq səbəbi hələ bilinmir. Çox insan bunu hiss etmir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva bu həyati vacib orqanın sağlamlığı üçün qidalanma prinsipindən danışıb.


“Armudabənzər orqan öd yolları ilə qaraciyərə birləşmiş formada sağ qabırğaaltında yerləşir.


Bəzən müəyyən səbəblərdən boyun, dib hissədə deformasiyaya uğraya bilir.


Öd kisəsinin əyilməsinin bəzi simptomları:

- Arada sağ qabırğaaltında ağrı
- Ürəkbulanma
- Qarında şişkinlik
- Həzmsizlik



Öd kisən əyridir deyildisə, nə etməli?


- Az-az paylarla, gündə 4-5-6 dəfə yemək
- Öd durğunluğunun qarşısını almaq
- Yağlı yemək, ət, piy, düyü yeməməli
- Yağsız balıq, toyuq, tərəvəz

- Qızartma, soyuq, acı qidalar olmaz
- Bol su içməli

- Gündə 5000 addım
- Ildə 2 dəfə USM olunmaq


Aygün