Havalar istiləşəndə COVİD “xortlayacaq” – Qorxulu XƏBƏRDARLIQ

  • 2024.05.20 17:37
  • 836 Baxış
Havalar istiləşəndə COVİD “xortlayacaq” –  Qorxulu XƏBƏRDARLIQ
Bütün dünyaya təsir edən, milyonlarla insanın ölümünə səbəb olan COVID-19-u geridə qoymuş hesab edilmirik.

Medicina.az xəbər verir ki, hazırda yeni COVID-19 variantları bütün dünyada yayılmaqdadır. Havaların istiləşməsi ilə COVID-19-un yeni variantlarına yoluxma halları artmağa başlayıb. Bu da yay aylarında yoluxma hallarının pik həddə çata biləcəyi ilə bağlı narahatlıq yaradıb.

FLIRT adlanan bir neçə variantdan biri olan KP.2 mart ayında ilk dəfə ortaya çıxdığı vaxtdan ABŞ-da dominant koronavirus ştamına çevrilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin ən son məlumatına görə, mayın 11-dək iki həftə ərzində baş verən hadisələrin 28,2 faizi KP.2 ilə bağlı olub. Mart ayının sonuna qədər bu nisbət yalnız 3,8 faiz idi.

Bundan əlavə, KG1.1 variantı da sürətlə artır və infeksiyaların 7,6 faizini təşkil edir.

Pandemiyadan dörd il yarım sonra, ABŞ-da hallar son aylarda ən aşağı səviyyələrə yaxınlaşmışdı. Lakin bir çox mütəxəssis xəbərdarlıq edir ki, bu yeni variantlar yayda infeksiya dalğasına səbəb ola bilər.

Bu nöqtədə ən çox maraq doğuran məsələ mövcud vaksinlərin yeni variantlara qarşı nə qədər təsirli olacağıdır.

Warwick Universitetindən virusoloq Laurens Yanq deyir ki, peyvəndlər ən azı ciddi vəziyyətlərdən qorumağa davam edəcək.
O, həmçinin qeyd edir ki, son məlumatlar Birləşmiş Krallıqda da FLIRT variantları ilə yoluxma halları ABŞ-da müşahidə olunan səviyyələrə yaxınlaşır. Yeni variantlar Kanada, Avstraliya, Tayland və Hindistan kimi digər ölkələrdə də daha çox yayılır.

Lakin Vanderbilt Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Uilyam Şafner iddia edir ki, alt variantlardan qorunma təmin olunmur. Çünki mutasiyalar əvvəlki infeksiya və peyvənddən əldə edilən antikorların mühafizəsinə zərbə vurur.

Qeyd edək ki, FLIRT variantı Avropanın 14 ölkəsində aşkar edilsə də, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi bütün qitədə COVID aktivliyinin aşağı olaraq qaldığını bildirir.


Aysel