Məşhur pəhrizlə bağlı şok açıqlama: orqan yaşlanmasını sürətləndirir

  • 2024.05.21 17:59
  • 968 Baxış
Məşhur pəhrizlə bağlı şok açıqlama:  orqan yaşlanmasını sürətləndirir
Ketogenik pəhrizin orqan yaşlanmasını sürətləndirə və ürək xəstəliklərinə səbəb ola biləcəyi aşkar edilib.

Medicina.az xəbər verir ki, az karbohidratlı və çox yağlı qidaları ehtiva edən ketogenik pəhrizə xüsusilə sürətli arıqlamaq istəyənlər üstünlük verir. Əvvəlki araşdırmalar bu pəhrizin diabet, xərçəng, epilepsiya və Alzheimer kimi xəstəliklərə qarşı faydalarının olduğunu müəyyən etmişdi.

Ancaq “Science Advances”də dərc edilən yeni bir araşdırma ketogenik pəhrizin sağlamlığa göstərə biləcəyi mənfi təsirlərə diqqət çəkib.

Alimlər 6 siçanı üç həftə ərzində ketogenik pəhrizlə bəsləyiblər. Heyvanların aldığı kalorilərin ən azı 90 faizi yağdan, təxminən 1 faizi isə karbohidratlardan əldə olunub. Nəzarət qrupundakı siçanlar isə təxminən 17%-i yağdan və 58%-i karbohidratlardan ibarət olan standart bir pəhriz ilə qidalanıblar.

Tədqiqatçılar daha sonra siçanların orqanlarından götürülmüş nümunələri təhlil ediblər və ketogenik pəhrizdə olanların xüsusilə ürək və böyrəklərində əhəmiyyətli dərəcədə daha çox qocalmış hüceyr' olduğunu müşahidə ediblər.

Bu hüceyrələrin sayı normalda yaşlandıqca artır. Yeni araşdırma göstərir ki, uzunmüddətli ketogenik pəhriz toxuma və orqan yaşlanmasını sürətləndirə bilər.

Digər tərəfdən, bəzi molekulların onları asanlıqla yox etdiyi müşahidə edilib. Bundan əlavə, fasiləli ketogenik pəhriz tətbiq etməklə hüceyrə yaşlanmasının qarşısı alınıb.

Araşdırmanın müəlliflərindən biri olan Devid Qis nəticələri belə qiymətləndirir:

"Hüceyrə yaşlanması orqan xəstəliklərinin patologiyasında rol oynadığından, nəticələrimiz ketogenik pəhrizin necə həyata keçiriləcəyini anlamaq üçün mühüm klinik nəticələr təqdim edir".

Məqalədə tədqiqatçılar bu pəhrizin daha əvvəl müəyyən edilmiş faydalarını qeyd edirlər. Ancaq bu pəhrizi tətbiq etmək istəyənlərə davamlı olaraq bunu etməmələri barədə xəbərdarlıq olunur.

D.Qis deyir: "Ketogenik pəhriz yaxşıdır, lakin hər kəsə uyğun deyil. Ən əhəmiyyətlisi isə odur ki, aylarla, illərlə bu cür qidalanmaq doğru deyil. Mütləq fasilə vermək lazımdır”.

Tədqiqatçılar bu pəhriz haqqında daha çox araşdırmaya ehtiyac olduğunu düşünürlər.


Aysel