Naxçıvanın yeni səhiyyə naziri kollektivə təqdim edildi

  • 2024.06.01 17:04
  • 645 Baxış
Naxçıvanın yeni səhiyyə naziri kollektivə    təqdim edildi

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə səhiyyə naziri vəzifəsinə təyin olunmuş Samiq Sadıxovu nazirliyin kollektivinə təqdim edib.



"Medicina" xəbər verir ki, Bəxtiyar Məmmədov yeni təyinat münasibətilə Samiq Sadıxovu təbrik edərək son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə səhiyyə sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.


Bəxtiyar Məmmədov son dövrlərdə muxtar respublikada səhiyyənin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirləri də diqqətə çatdıraraq kollektivə uğurlar arzulayıb.



Samiq Sadıxov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. Nazir ölkə başçısının səhiyyə sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, səhiyyə sistemində keyfiyyətin artırılması istiqamətində islahatların aparılması üçün bundan sonra da səylə çalışacağını bildirib.