Paltarları stula dağınıq atmaq psixi pozuntudur

  • 2024.05.02 13:41
  • 547 Baxış
Paltarları stula dağınıq atmaq  psixi pozuntudur


Çirkli paltarlarla dolu stul psixi pozuntudan xəbər verə bilər.


“Medicina” xəbər verir ki, psixoterapevt Billi Roberts bu vərdişin altında yatan səbəblərdən danışıb:


“Günlərlə paltar yuyulmasını təxirə salmaq, çirkli paltarları evdə, otaqda stul başında və ortada saxlamaq, eyni geyimi çirkli olsa da bir bəhanə edib geyinmək və buna görə heç də narahat olmayan insanlarda hiperaktivlik və defisit əskikliyi sindromu ola bilər.

Bu insanların geyim dolabları da dolu qarışıq olur, əşyaları dağınıq yerləşir.
Bu sindrom beyinin motivasiya, planlama, özünə nəzarət və eyni işi səbrlə görmək funksiyasına neqativ təsir edir.


Belə insanların beyni yeknəsək, darıxdırıcı və diqqət tələb edən tapşırıq olanda yüklənir, yorulur və daha maraqlı işlərə köklənir.


Yorucu ev işləri, yuma, silmə bu insanlar üçün çox əzablı ola bilər, ona görə sindromu olanlar belə işləri maksimum təxirə salır.


Ona görə bir –iki dəfə eyni geyimi yumadan geymək, arada stulun başında geyimləri toplamaq narahatlıq üçün əsas deyil. Amma siz özünüzü aldadıb, beynin oyununa gedərək illərdir bunu təxirə salırsızsa, psixiatra müraciət etmək vaxtıdır”.

Aygün M