Rusiyada satılan dərmanların neçə faizi ölkə daxilində istehsal olunur? - AÇIQLANDI

  • 2024.07.04 15:55
  • 427 Baxış
Rusiyada satılan dərmanların neçə faizi ölkə daxilində istehsal olunur? -  AÇIQLANDI
Rusiya Federasiyasında satılan dərmanların 63%-i ölkə daxilində istehsal olunur.

Medicina.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova “Sağlamlığın qorunması üçün yeni texnologiyalar” milli layihəsi üzrə strateji sessiyada bildirib.

Onun sözlərinə görə, bu da rusların istehlak etdiyi hər beş qutu dərmandan üçünə bərabərdir.

O, son üç il ərzində Rusiyada bu baxımdan güclü inkişaf olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini vurğulayıb ki, bütün növ dərmanların, o cümlədən həyati əhəmiyyətli olanların demək olar ki, 46%-i tam tərkibdə Rusiyada istehsal olunur.

“Apteklərdən alınan bütün tibbi məhsulların üçdə biri Rusiya istehsalıdır”, - deyə o əlavə edib.

Qolikova daha əvvəl bildirmişdi ki, 2025-ci ildə başlayacaq “Sağlamlığın qorunması üçün yeni texnologiyalar” milli layihəsi tibbdə bütün növ tədqiqat və inkişafları birləşdirəcək və əlaqələndirəcək. Milli layihə çərçivəsində səylər qabaqcıl texnologiyalara - yüksək texnologiyalı dərman vasitələrinin, innovativ tibbi məhsulların, biotibbi texnologiyaların klinik praktikaya tətbiqinə, səhiyyədə süni intellektin inkişafına yönəldiləcək.


Aysel