Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabunçu tibb mərkəzində əri tərəfindən atılan qadınla bağlı açıqlama

  • 2024.11.15 17:44
  • 1037 Baxış
Sabunçu tibb mərkəzində əri tərəfindən atılan qadınla     bağlı açıqlama
Qadın və Uşaq Sığınacağının sosial şəbəkə hesabında yayılan məlumat təsdiqini tapmayıb.

“Medicina” xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, belə bir qadının olması barədə fakt təsdiqini tapmayıb, yayılan məlumat həqiqətə uyğun deyil.

Xatırladaq ki, Qadın və Uşaq Sığınacağının əməkdaşı hamilə qadının Sabunçu xəstəxanasında atıb getməsi barədə məlumat yayıb.

Hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər orada onu tərk edərək qaçıb:


"Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri götürməsini gözləyir. Daha sonra həyat yoldaşı ona pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib ".

Aygün M