Saçı tökülüb dazlaşanlar bu analizləri versin

  • 2024.04.23 21:19
  • 698 Baxış
Saçı tökülüb dazlaşanlar bu analizləri  versin
Qadınlarda keçəlləşmə dərəcəsində saç tökülmə defisit səbəbindən ola bilər.


“Medicina” xəbər verir ki, məşhur həkim Yelena Malışeva güclü saç tökülməsində veriləcək analizlərdən danışıb.


“Çox zaman dazlaşma, yuvalı keçəllik dəmir defisitli anemiyada olur.
Saçları ovucla tökülənlər anemiya üçün lazımi analizləri versinlər.


Saç tökülməsi saç köklərinin qanla qidalanmaması səbəbindən olur.
Eləcə də qalxanvari vəz hormonları yoxlanmalıdır.

Əsas analizlər hemoqlobin, ferritin, B12, dəmir, TSH analizidir.


O ki qaldı kişi saç tökülməsi, onun mexanizmi kişi hormonlarl androgenlərin dəyişməsindən qaynaqlanır”.


Aygün M