Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiq xəstələri D vitaminini necə qəbul etməlidir?

  • 2024.11.18 21:56
  • 1099 Baxış
Təzyiq xəstələri D vitaminini necə qəbul etməlidir?
Təzyiq xəstələri üçün vacib vitaminlərdən biri də D vitaminidir.

“Medicina” xəbər verir ki. alimlər hansı dozada D vitamininin hipertoniklər üçün uyğun olduğunu və təsirini açıqlayıb.


Livan alimlər hər gün 600-800 BV D vitamini qəbul etməyin 1 ay ərzində təzyiqi bir qədər aşağı saldığını və infarkt, insult riskini azaltdığını sübut edib.


Son tədqiqatda 221 könüllü iştirak edib. Onlar 2 qrupa bölünüb: birinci qrup gündəlik 600 vahid – 1 tablet D vitamini içib, digər qrupa isə yüksək doza 3-5 min Vahid D vitamini verilib.

1 aylıq sınaqdan sonra onların sağlıq göstəriciləri 1 il izlənilib.

Hər iki qrupda arterial təzyiq 3-4 civə sütunu azalıb.

Yüksək doza alanlarda 4,5 civə sütunu, 600 doza alanlarda isə 2,8 mm civə sütunu azalma qeydə alınıb.

Alimlər bildirib ki, D vitamini sümük sistemi üçün əsas mineral olan kalsiumun sorvrulması və sümüklərin kövrəkləşməsinin qarşısını almaq üçün vacibdir. Eləcə də vitamin D səviyyəsi təzyiq, ürək-damar və demensiya xəstəliklərinə təsir edir.

Analizdə 25 moldan az göstərici defisitdir.


Aygün Musayeva