Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tünd şokoladın xeyri - Arıqladır, ürək-damar sağlamlığını qoruyur

  • 2024.11.27 13:10
  • 1087 Baxış
Tünd şokoladın xeyri -  Arıqladır, ürək-damar sağlamlığını qoruyur
Tünd şokoladın tərkibində olan flavonoidlərin ürək-damar sağlamlığını yaxşılaşdırdığı və insult riskini azaltdığı sübut edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Birmingem Universitetinin alimləri tərəfindən aparılan araşdırmada öz əksini tapıb.

Mütəxəssislər tünd şokoladın tərkibində olan bəzi güclü maddələrin yüksək yağlı qidalar qəbul etdikdən sonra belə ürək-damar sağlamlığını qoruya biləcəyini aşkar ediblər.


Məlumata görə, stress nəticəsində ürəyin zədələnməsinin qarşısını alan tünd şokolad ürək-damar sağlamlığını yaxşılaşdırır. Tünd şokolad yağ yandırıcı xüsusiyyətlərə malik olduğundan arıqlamağa da müsbət təsir edir.

Tünd şokoladın tərkibində olan antioksidantlar bədəndəki sərbəst radikalları neytrallaşdırır və oksidləşdirici stressin qarşısını alır. Parkinson və Alzheimer xəstəliyinin yaranmasının qarşısını alır.






Həmçinin mütəxəssislər bildirirlər ki, şokolad qan dövranını normallaşdırır. Flavonoidlər sayəsində diqqəti artırır, yaddaşı gücləndirir.

Xroniki iltihab hüceyrələrə zərər verərək müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Tünd şokoladın müntəzəm istehlakı orqanizmdə iltihabı azaldır.



Bundan başqa tünd şokoladın tərkibində olan flavanollar dərini günəş şüalarından qoruyur. Tünd şokolad güclü antioksidantlara malikdir.

Araşdırmalar müntəzəm olaraq tünd şokolad istehlak edənlər arasında ürək xəstəliyi riskinin kəskin azaldığını göstərir.