Varlılar arasında yeni trend: xərçəngdən qorunmaq üçün kakao çayı içirlər

  • 2024.06.04 22:42
  • 592 Baxış
Varlılar arasında yeni trend:  xərçəngdən qorunmaq üçün kakao çayı içirlər
Kakao ən bahalı qidalar arasındadır. Kaliumla zəngin olan kakao xərçənglə mübarizə aparır. Bununla yanaşı, tərkibindəki antioksidantlar və flavonoidlər sayəsində bir çox xəstəliklə mübarizə aparır.

Medicina.az xəbər verir ki, son zamanlarda sağlamlıq trendləri arasında kakao çayı da yer almağa başlayıb. Bu çay yüksək miqdarda kofein və kalori ehtiva edən isti şokoladın və kofenin sağlam alternativi hesab edilir.

Kakao çayı şəkər, kofein, qlüten, süd, GMO ehtiva etmir, 100% qatqısız və orqanikdir. Buna baxmayaraq, təbii şirinliyi, möhtəşəm dadı və ətri ilə digər variantlardan seçilir. Kakao çayı sağlamlıq baxımından şokolad, qəhvə və çay sevənlər üçün əla alternativ hesab edilir.

Araşdırmalar göstərir ki, kakao qabıqları antioksidantlar və flavonoidlərlə çox zəngindir. Bunlar hüceyrə zədələnməsini sağaltmağa kömək edir. Bundan əlavə, flavonoidlər aterosklerozun qarşısını alır, sağlam qan dövranını və idrak funksiyalarının inkişafını dəstəkləyir. Flavonoidlər, həmçinin xərçəng, ürək-damar xəstəlikləri, astma və insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Kakao çayı tərkibində kofein olmadığı üçün əks təsir göstərmədən enerjini artırır və zehni qüvvətləndirir.

Araşdırmalara görə, kakao qabığı teobromin adlı maddənin yüksək konsentrasiyasını təmin edir. Bu maddə ürəyi və beyni stimullaşdıran qiymətli bioaktiv komponent kimi tanınır. Teobromin qan təzyiqini azaldır və damarların genişlənməsinin qarşısını alır.

Tədqiqatlara görə, təzyiq xəstələrində az miqdarda teobromin qəbulu cəmi 1 saat ərzində təzyiqi aşağı salır. Başqa bir araşdırma isə teorbomin ilə çox zəngin olan kakaonun uzunmüddətli istifadəsinin qan təzyiqini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.

Kakao çayı əhval-ruhiyyəni yaxşılaşdırır. Bu çay yaddaşı gücləndirən xüsusiyyətlərə də malikdir.


Aysel