Xərçəng riskini potensial azaldan tərəvəz

  • 2024.05.30 18:05
  • 951 Baxış
Xərçəng riskini potensial azaldan    tərəvəz

İspaniya Qidalanma Akademiyasının alimləri elmi tədqiqat nəticəsində xərçəngə qarşı potensial güclü tərəvəzi elan ediblər.


“Medicina” xəbər verir ki, onların fikrincə, brokkoli kələmdə olan sulforafan xərçəng riskini azaldır.

Eləcə də bu tərəvəzdə olan antioksidantlar müxtəlif tip xərçəngin əmələ gəlməsinin qarşısını ala bilər.

Tədqiqatda alimlər onlarla elmi məqalələri, araşdırmaları meta analiz ediblər.

Sübut olunub ki, gündəlik, həftəlik rasionda hətta çox kiçik miqdarda bu tərəvəz onkoloji xəstəlikləri yüksək dərəcədə əngəlləyə bilər.

Minimum istifadəsi dozası ayda 5 dəfə, hər dəfə 100 qram tərəvəz yeməkdir.

Alimlər hesab edir ki, brokkolidə olan sulforafan və mirozinaz hüceyrələri zədələnmədən çox yaxşı qoruyur.


Aygün Musayeva