Xərçəngdən vəfat edən aktrisanın müalicə həkimi danışdı

  • 2024.05.30 13:37
  • 1262 Baxış
 Xərçəngdən vəfat edən aktrisanın müalicə həkimi     danışdı
Beyin xərçəngindən əziyyət çəkən məşhur rusiyalı aktrisa Anastasiya Zavorotnik vəfat edib.


“Medicina” xəbər verir ki, aktrisanı müşahidə edən professor Pyotr Çumakov onun müalicəsinin uğursuzluğunun səbəblərini açıqlayıb.

Çumakov Molekulyar Biologiya institutununa rəhbərlik edir, aktrisanın ailəsi ona müraciət etmişdi.

“İnstitutda xərçəng hüceyrələri ilə mübarizə üçün yeni innavasion metod kəşf edilib, bu viruslar sayəsində hücumdur, lakin aktrisanın ailəsi bu riskə getmədi.

Zavorotnik 2 dəfə əməliyyat olunmuşdu və 2 dəfə residivi var idi.

Xaricdə aylarla müalicə olundu, artıq onlar şans qalmadığını deyəndə Peterburqdakı onkologiya institutuna müraciət etdilər.

Orda onun hüceyrələrinə uyğun fərdi vaksin də hazırlandı. Mən özüm də bu hüceyrələrlə işləmişəm.

Aktrisanın ötən aylarda vəziyyəti pis deyildi, əslində qlioblastoma ağır növdür. Amma hüceyrə gen terapiyası 1 il öncə edilə bilərdi”.

Xatırladaq ki, aktrisada 2019-ci ildən beyin xərçəngi aşkarlanıb.

Aygün Musayeva