“Yayda tutqun havada belə günəş eynəyi taxılmalıdır” – Oftalmoloqdan tövsiyələr

  • 2024.06.03 21:40
  • 787 Baxış
“Yayda tutqun havada belə günəş eynəyi taxılmalıdır” –  Oftalmoloqdan tövsiyələr
Yay aylarında günəş şüaları göz sağlamlığına mənfi təsir göstərir. Oftalmoloq Op. Dr. Burcu Usta Uslu göz sağlamlığını günəşin zərərli təsirlərindən qorumaq üçün 5 tövsiyə verib.

Medicina.az həkimin tövsiyələrini təqdim edir.

Həkim yayda yerə çatan ultrabənövşəyi şüaların və radiasiyanın miqdarının üç dəfə artdığını bildirib:

“Bu səbəbdən yay mövsümündə göz sağlamlığına çox diqqət yetirilməli və hava buludlu olsa belə, günəş eynəyi taxılmalıdır. Əslində günəşin zərərli təsirlərini minimuma endirmək üçün günəş eynəklərindən istifadəyə uşaqlıqdan başlamaq lazımdır”.

Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözün müxtəlif mexanizm və toxumalarına zərər verə bilər:

“Uzun müddət günəşə məruz qalmaq gözün ön səthindəki konyunktiva və buynuz qişada yanıqlara, gözün ağ hissəsində sarı-ağ görünən qabarcıqlar, gözdə ət böyüməsi, katarakt meydana gəlməsinin sürətlənməsi, yaşa bağlı makula degenerasiyası, göz qapaqlarında və ətrafında xərçəng kimi sağlamlıq problemlərinə səbəb ola bilər”.

Oftalmoloq qeyd edib ki, buna görə də xüsusilə daim açıq havada işləyənlər; çöldə çox vaxt keçirən uşaqlar; göz əməliyyatı keçirənlər; müxtəlif göz problemləri olanlar mütləq keyfiyyətli gün eynəklərindən istifadə etməlidirlər.

Həmçinin aşağıdakı tədbirlər görülməlidir:

1. Günəşə birbaşa çılpaq gözlə baxmaq olmaz.

2. Ultrabənövşəyi şüalardan qoruyan eynəklər seçilməlidir. Keyfiyyətli günəş eynəklərinin əksəriyyəti ultrabənövşəyi şüaların 95-99 faizini süzür.

3. Zərərli şüalar təkcə göydən gəlib bizə çatmır, həm də ətrafımızdan əks olunaraq gözlərimizə zərər verir. Bu səbəbdən üzü örtən gün eynəklərinə üstünlük verilə və eyni zamanda şlyapalardan istifadə oluna bilər.

4. Kontakt linzaların əksəriyyəti ultrabənövşəyi şüaları süzür. Linzanız UV filtri ehtiva etmirsə, onunla birlikdə günəş eynəyi də istifadə edilməlidir.

5. Mümkünsə, günəşin ən yüksəkdə olduğu saatlarda (10:00-16:00) çöldə, gün altında çox qalmayın.


Aysel