Azərbaycan cərrahlarının unikal əməliyyatı Türkiyə mediasının MANŞETİNDƏ - VİDEO

  • 2019.12.26 12:19
  • 4720 Baxış
Azərbaycan cərrahlarının unikal əməliyyatı Türkiyə mediasının   MANŞETİNDƏ - VİDEO
Bir neçə həftə öncə Bakıda baş tutan unikal cərrahi əməliyyat haqqında xəbər vermişdik.


Belə ki, 5 yaşlı uşaqda müştərək ürək və qaraciyər əməliyyatı həyata keçirilmişdi.

Azərbaycan səhiyyəsi üçün ilk sayılan bu əməliyyat isə, yerli cərrahlar tərəfindən həyata keçirilib. Əməliyyatı icra edən həkimlər - millət vəkili, tanınmış kardiocərrah Rəşad Mahmudov və transplantoloq cərrah Mircəlal Kazımi olub.

Unikal əməliyyat Türkiyə mediasının da diqqətini cəlb edib. "TRT AVAZ" televiziyası Azərbaycana gələrək əməliyyatı gerçəkləşdirən həkimlərlə reportaj hazırlayıb.

Medicina.az həmin videonu təqdim edir: