Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

  • 2022.10.27 16:25
  • 1379 Baxış
Azərbaycanda xüsusi karantin rejiminin müddəti  uzadıldı


Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.

"Medicina" xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2022-ci il 1 noyabr saat 06:00-dək olan dövrü əhatə edib.
Şərhlər