Azərbaycanda 15 koronavirus xəstəsinə plazma köçürülüb

  • 2020.06.01 13:48
  • 1644 Baxış
Azərbaycanda 15 koronavirus xəstəsinə  plazma köçürülüb


Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir.

Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə doqquz donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent Plazma infuziyası aparılıb. Mütəxəssislər tərəfindən dörd xəstədə müsbət dinamika, üç xəstədə isə yaxşılaşma müşahidə edilib. İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər.