Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 17 nəfərin koronavirusa yoluxduğu kənddən görüntülər

  • 2020.06.12 16:24
  • 2397 Baxış
Azərbaycanda 17 nəfərin koronavirusa yoluxduğu kənddən görüntülər


Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun olaraq ötən həftə beş şəhər və rayonda ciddi karantin rejimi tətbiq edilmişdi.

Medicina.az Baku TV- ə istinadən xəbər verir ki, son günlər virusa yoluxanların sayının çox olduğu rayonlar da bu siyahıya daxil edildi.

Kürdəmirdə də yoluxma çox olduğundan bu siyahıda yer alıb.

Həftəsonu tətbiq ediləcək ciddi karantinlə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür. Əhali ilə söhbətlər aparılır.

Rayon İcra Hakimiyyətinin rəsmisi Ağali Kərimli ən çox yoluxma qeydə alınan Sığırlı kəndindəki hazırkı vəziyyətin necə olduğuna aydınlıq gətirdi.

Onun sözlərinə görə, kənddə son iki həftədə yoluxma halı qeydə alınmayıb.

Ətraflı videonu təqdim edirik: