Azərbaycanda bəzi bölgələrə - Qar yağdı

  • 05 Okt 2021 17:25
  • 258 Baxış
Azərbaycanda bəzi bölgələrə   - Qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Medicina.az xəbər verir ki, xidmətin oktyabrın 5-i saat 17:00-a olan məlumatına əsasən:

Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Yardımlı, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabranda yağış yağıb.

Qırız, Şahdağ, Xınalıqda qar yağıb.

Neftçalada 20 m/s, Naftalan, Şamaxıda 18 m/s, Hacıqabulda 16 m/s şimal-şərq küləyi müşahidə olunub.

Küləyin sürəti Bakının Qum adasında 17 m/s, Sumqayıt, Neft Daşlarında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 2,7 m. olub.