Azərbaycanda böyrək köçürülməsi olunan ən kiçik yaşlı uşaq - FOTO

  • 16 Yan 2020 11:36
  • 1981 Baxış
Azərbaycanda böyrək köçürülməsi olunan ən kiçik yaşlı uşaq -  FOTO
2019-cu ildə nefropatoloq, transplant nefroloq Elnur Fərəcov və ümumi cərrah-transplantoloq Mircəlal Kazımi tərəfindən 5 pediatrik transplantasiya əməliyyatı icra olunub.

Medicina.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən həyata keçirilən orqan transplantasiyası əməliyytaları zamanı ən kiçik xəstənin 4 yaşı olub. Həsən adlı azyaşlının əməliyyatı Azərbaycanda ilk dəfə ən kiçik yaşda olunan böyrək transplantasiyası kimi qeydə alınıb.

Qeyd edək ki, 2010-2019-cu illərdə həkimlər tərəfindən 29 pediatrik böyrək transplantasiyası icra olunub.