Azərbaycanda bu günə yoluxma

  • 2022.07.01 16:50
  • 4723 Baxış
Azərbaycanda bu günə yoluxma

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 383 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.

Ölkədə son sutka ərzində 2 653, hazırkı dövrədək isə 6 966 738 test aparılıb.