Azərbaycanda bu günə yoluxma

  • 25 İyl 2022 17:07
  • 2651 Baxış
Azərbaycanda bu günə yoluxma


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 796 576 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9735 nəfər vəfat edib, aktiv xəstə sayı 1933 nəfərdir.

Ölkədə son sutka ərzində 1860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb.