Azərbaycanda ilk dəfə gözdə DMEK əməliyyatı baş tutdu

  • 2023.11.20 14:45
  • 971 Baxış
Azərbaycanda ilk dəfə  gözdə DMEK əməliyyatı   baş tutdu

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları keçirilib.


"Medicina" xəbər verir ki, 25 buynuz qişa köçürülməsindən 22 əməliyyat t.ü.f.d. Cəmil Həsənov, digərləri isə t.ü.f.d. Polad Məhərrəmov və Rövşən Rəcəbli tərəfindən həyata keçirilib.

Eyni zamanda, Azərbaycan oftalmologiyası tarixində ilk dəfə olaraq Cəmil Həsənov tərəfindən DMEK (Desemet Membran Endotelial Keratoplastikası) əməliyyatı uğurla icra olunub.

Bu məqsədlə ilk dəfə ölkəmizə xüsusi olaraq DMEK əməliyyatı üçün nəzərdə tutulan və göz bankında xüsusi olaraq hazırlanan buynuz qişa gətirilib. Həmçinin CHED, Peters anomaliyası kimi ağır sindromlu xəstələrə buynuz qişa köçürülməsi əməliyyatları aparılıb.

Mərkəzin işçiləri ənənəvi olaraq komanda şəklində fəaliyyət göstərərək çoxsaylı əməliyyatları 2 gün ərzində bitiriblər.


Aygün M