Azərbaycanda kimlər koronavirus testindən keçirilir? – Yaqut Qarayevadan açıqlama

  • 2020.06.04 17:49
  • 3667 Baxış
Azərbaycanda kimlər koronavirus testindən keçirilir?  –  Yaqut Qarayevadan açıqlama


Hər gün Azərbaycanda aparılan COVID 19 testindən kimlər keçirilir?

Medicina.az xəbər verir ki, bu barədə Təbib rəsmisi Yaqut Qarayeva məlumat verib.

“ Test strategiyamız belədir: xəstəlik əlaməti olan vətəndaşlar, hərarəti olan insanlar, hər hansı bir tənəffüs xəstəlikləri simptomları olan vətəndaşlar, hər hansı pozitiv koronavirus xəstəsi ilə təmasda olmuş şəxslər, tibb işçiləri və xaricdən gələn vətəndaşlarımız.

İmtahanlara buraxılacaq abituriyentlərin və onların valideynlərinin koronavirus testindən keçirilməsi barədə deyilənlər doğru deyil. Biz onlardan test nümunəsi götürməyəcəyik”.