Azərbaycanda koronavirus olan daha bir müğənni öldü

  • 2020.06.25 09:46
  • 1828 Baxış
Azərbaycanda koronavirus olan daha bir müğənni öldü
Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.

"BakuPost"un publika.az-a istinadla verdiyi məlumata görə, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Faiq Tapdıqoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərib.

O, Qərbi Azərbaycan folklorunun qorunub-saxlanılmasında xidmətləri olan müğənni, həmçinin, el şənliklərinin mahir aparıcısı kimi tanınıb.

Xatırladaq ki, bundan öncə də Teymur Mustafayev koronavirusun qurbanı olmuşdu.