Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa yoluxanların yaşları

  • 2020.06.09 19:45
  • 1554 Baxış
Azərbaycanda koronavirusa yoluxanların yaşları


Azərbaycanda koronavirusa yoluxanlar daha çox bu yaş qruplarındadır.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanlar 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş 15 faiz təşkil edib:

“Virus insandan insana yoluxduqca, mutasiya olunmaq imkanı qazanır. Gənc yaşlarda olanlar arasında yoluxma sayının və ağır keçirənlərin sayının artması müşahidə edilir. 30-39 yaşı əhatə edənlər arasında xəstəliyi ağır keçirən hallar mövcuddur. Belə hallar evdə müalicəyə cəhd edildikdə müşahidə olunur”.

Sədr qeyd edib ki, indiyə qədər yoluxanların 54 faizini qadınlar təşkil edir