Azərbaycanda kovidə yoluxanlar artdı

  • 09 İyn 2022 16:38
  • 612 Baxış
Azərbaycanda kovidə yoluxanlar artdı



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.

Ölkədə son sutka ərzində 1 988, hazırkı dövrədək isə 6 916 588 test aparılıb.