Azərbaycanda məşhur biznesmen vəfat etdi

  • 2024.04.09 11:28
  • 1007 Baxış
Azərbaycanda məşhur biznesmen  vəfat etdi
Azərbaycanda məşhur biznesmen vəfat edib.

Medicina.az Ölkə.az-a istinadən xəbər verir ki, “Milk-Pro” şirkətinin təsisçisi Mövsüm Şıxıyev dünyasını dəyişib.

Məlumata görə, ixtisasca həkim olan M.Şıxıyev xərçəng xəstəliyindən əziyyət çəkib.

Biznesmenin 66 yaşı var idi.

Allah rəhmət eləsin!