Azərbaycanda orqan köçürülməsinə aid qanun qəbul ediləcək

  • 2020.06.01 13:29
  • 1754 Baxış
Azərbaycanda orqan köçürülməsinə aid qanun qəbul ediləcək

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin iyunun 4-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək.

Bundan sonra isə sənəd parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq.