Azərbaycanda pulsuz sümük iliyi nəqlinə başlanılır- Qan xərçəngi xəsətlərinə şad xəbər

  • 2023.09.28 13:56
  • 1735 Baxış
Azərbaycanda  pulsuz sümük  iliyi nəqlinə başlanılır - Qan xərçəngi xəsətlərinə şad xəbər
Azərbaycanda Tibbi Sığortanın Xidmətlər Zərfinə yeni daxil olan sümük iliyi transplantasiyası üçün müasir avadanlıqlar alınıb.

Sümük iliyi transplantasiyası yeni satınalınan avadanlıqlar vasitəsilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək.

"Medicina" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnzibati idarəetmə departamenti, Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov deyib.


“Vətəndaşlar üçün dəyəri yüksək transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə artıq əlçatandır. Sümük iliyi transplantasiyası yeni satın alınmış avadanlıqlar vasitəsilə müasir müalicə üsulu olan aferez yolu ilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək.

Artıq leykoz, mieloma, limfama kimi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin icbari tibbi sığorta çərçivəsində effektiv müalicəsi mümkün olacaq. Müasir tələblərə uyğunlaşan effektiv müalicə üsulunun tətbiqi sümük iliyi transplantasiyası əməliyyatının icrası üçün lazımi avadanlıq və resurslara qənaətə də imkan verir”.

Agentlik tərəfindən 2022-2023-cü illərdə dəyəri 40 milyon manatdan çox olan 254 adda 3344 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb.

Alınan avadanlıqlar:

• Ana və uşaq sağlamlığının qorunması
• Geniş spektrli müayinələrin aparılması və dəqiq diaqnozların təyini
• İnstrumental müayinlərin aparılması
• Laporoskopik əməliyyatların icrası
• Reanimasiya tədbirlərinin yaxşılaşdırılmasına xidmət edir.

O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Agentliyə ianə edilmiş avadanlıqların ümumi dəyəri 5 950 000 manatdır. Həmin avadanlıqların sırasında defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulanlar üçün küvəz, radiant qızdırıcı, fototerapiya cihazı, holter monitorunu və s. qeyd etmək olar.

MEDİCİNA.AZ