Azərbaycanda tezliklə seroloji testlər aparılacaq

  • 2020.06.04 18:44
  • 3405 Baxış
Azərbaycanda tezliklə seroloji testlər aparılacaq

Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və xüsusi proqramla planlaşdırılır.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, çox qısa müddətdə xüsusən əhali arasında COVİD-19 xəstəliyinə qarşı yarannış immunitetin yoxlanılması üçün aparılacaq işlər gözlənilir:

“Bizi xüsusən mart ayından sonrakı dönəmdə xəstəliyə yoluxmuş və sağalmış vətəndaşlarda inkişaf etmiş immunitet çox ciddi şəkildə maraqlandırır. Eyni zamanda belə bir elmi araşdırmalar aparılır ki, ölkə ərazisində noyabr-dekabr aylarında da bu xəstəliyə yoluxan və keçirən olubmu? ÜST-ün dəstəyi ilə tez müddətdə bu cür seroloji araşdırma aparılacaq”.