Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın tanınmış filoloqu vəfat etdi

  • 2023.01.17 10:20
  • 3077 Baxış
Azərbaycanın tanınmış filoloqu  vəfat etdi

Tanınmış filoloq, professor Seyfəddin Qəni vəfat edib.

Bakupost.az xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.

Yazıçılar və Aşıqlar Birliyinin üzvü olan S.Qəninin son iş yeri Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri vəzifəsi olub.

O, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.